ain.az, Azpost portalına istinadən məlumat yayır.
Danimarkalı arxeoloqlar Orxus şəhərinin mərkəzindəki orta əsr kilsəsinin yaxınlığında 50-dən çox skelet aşkar ediblər.
AzPost bildirir ki, Orxus şəhər Muzeyinin açıqlamasına görə, skletlərin bəzilərinin 900 ilə qədər yaşı ola bilər.
Nəşrdə deyilir ki, arxeoloqlar Orxusun mərkəzindəki Müqəddəs Oluf küçəsindəki 1100-cü illərə aid tarixi qəbiristanlığın yaxınlığında 50-dən çox skelet tapıblar. Bəzi skeletlərin 900 ilə qədər yaşı ola bilər”.
Arxeoloq Hans Skovun sözlərinə görə, bəzi skeletlərin ağzında sikkələr tapılıb. O, onların ölülərin axirət həyatına keçidini təmin etmək üçün ora qoyulduğunu irəli sürüb. Arxeoloq Mads Ravn həmçinin qeyd edib ki, skeletlər Vikinq dövrünün sonu ilə orta əsrlərin əvvəlləri arasındakı keçid dövründə Orxus sakinlərinin həyatına dair məlumat verəcək.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.