AZ

Fiziki şəxslərin banklardakı vəsaitləri 2 %-ə yaxın artdı

BAKI, 28 oktyabr. TELEQRAF

Fiziki şəxslərin müddətli əmanətləri sentyabrda 1,7% və ya 159,5 milyon manat artıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10,404.8 mln. manat) milli valyutada, 32.3%-i (4,972.2 mln. manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9,720.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Ötən ay bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3,506 əmanətçi), ilin əvvəlindən isə 20,4% (30,638 əmanətçi) artıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr