2025-ci ilin yanvar-sentyabr ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 13% çoxalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 23.5% çoxalaraq 683 milyon 896 min manat təşkil edib.