AZ

“Zəfər tariximizin fatehləri” - TƏQDİMAT

Yazını böyüt
Yazını kiçilt

Zəfər Günü ərəfəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının İdarə Heyəti və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Modern İnkişaf və Ailə” İctimai birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Zərifə Quliyevanın müəllifi olduğu “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib.

Hafta.az xəbər verir ki, tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyduqdan sonra, Saatlı Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Sonra geniş oxucu kütləsi ilə görüş keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyev və Vətənin müdafiəsi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.

Kitabın redaktoru və ön sözün müəllifi, jurnalist Əliqismət Bədəlovun əsər haqqında məlumatından sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, Saatlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Fərhad Mürsəlov, Azərbaycan Yazıçılar Birliynin üzvü, tanınmış şair Qənbər Əhməd, rayon ziyalılar cəmiyyətinin sədri Lətif Şimşəkov, şəhid atası Əlizamin Nəsirov, şəhid anası Nahidə Şıxıyeva, şəhid bacısı Zülfiyyə Səfərova, “Modern İnkişaf və Ailə” İctimai birliyinin şöbə müdiri Cəmilə Fəyyaz, həmçinin tədbirdə iştirak edən qazilər çıxış edərək Zəfər Günü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra kitabın müəllifi Zərifə xanım Quliyeva tarixi Zəfər Gününü təntənə ilə qeyd etməyə hazırlaşdığımız vaxtda belə tədbirin təşkil olunmasını xüsusi vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müharibə dövründə və müharibədən sonrakı fəaliyyətlərindən, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söhbət açıb. Vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzur dünyanın nüfuzlu tədbirlərininin keçirildiyi məkana çevrilib. Digər uğurlardan söhbət açan müəllif bütün bunların kitabda öz əksini tapdığını bildirib.

Sonda Z.Quliyeva rəhbərlik etdiyi “Modern İnkişaf və Ailə” İctimai birliyi adından Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə təqdim edib və muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.

Seçilən
25
4
hafta.az

5Mənbələr