AZ

İngiltərədə tibb bacılarına qarşı irqçilik 55% artıb

İngiltərədə son üç ildə tibb bacılarına qarşı irqçi hadisələrin sayı 55% artıb.

Bakıvaxtı.az xəbər verir ki, Kral tibb bacısı Kollecinin məlumatına görə, hər gün orta hesabla üç tibb bacısı iş yerində irqi ayrı-seçkiliyə məruz qalır.

Kollec işəgötürənləri irqçiliklə mübarizəni prioritetləşdirməyə, siyasətçiləri isə anti-immiqrant ritorikasından çəkinməyə çağırıb.

Qurumun rəhbəri Nikola Reyncer bildirib ki, səhiyyə sektorunda irqçi davranışların artması utancvericidir və işçilər təhlükəsiz mühitdə işləməyə layiqdirlər.

Əli Hüseynov

Seçilən
14
bakivaxti.az

1Mənbələr