AZ

Fransa İsrail pilotsuz təyyarəsini vurmaq əmri verib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa 27 oktyabrda Livanın cənubunda İsrail pilotsuz təyyarəsinin vurulması əmrini verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat verib.

"İsrail pilotsuz təyyarəsinin cənubunda tutulması qərarı Fransaya məxsus idi və bu qərar Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən Fransa qüvvələri tərəfindən verilib", - deyə nəşr diplomatik mənbəyə istinadən yazıb.

UNIFIL bildirib ki, "İsrail pilotsuz təyyarəsi patrul xidmətimizdən birinin üzərindən aqressiv şəkildə uçub. Sülhməramlılar onu zərərsizləşdirmək üçün lazımi qoruyucu tədbirlər görüblər".

Məlumata görə, hadisə Livanın cənubundakı Kfar Kila şəhəri yaxınlığında baş verib. İddialara görə, pilotsuz təyyarə patrul xidmətinin üzərinə "qumbara atıb", bundan sonra İsrail tankı UNIFIL istiqamətində atəş açıb.

İsrail Müdafiə Qüvvələrinin ərəb sözçüsü polkovnik Aviçai Adraei UNIFIL-in iddialarını qətiyyətlə rədd edib.

Onun sözlərinə görə, ilkin araşdırma göstərir ki, yaxınlıqdakı UNIFIL qüvvələri heç bir təhlükə yaratmasa da, pilotsuz təyyarəyə qəsdən atəş açıblar. "Pilotsuz təyyarə vurulduqdan sonra İsrail Müdafiə Qüvvələrinin əsgərləri pilotsuz təyyarənin düşdüyü əraziyə qumbara atıblar", - deyə o qeyd edib.

Adraei "hadisə zamanı BMT qüvvələrinə atəş açılmadığını" vurğulayaraq əlavə edib ki, "hadisə hərbi koordinasiya kanalları vasitəsilə araşdırılacaq".

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr