AZ

Ermənilər Qarabağı könüllü tərk etdi

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Parlamentinin saytında “Ermənistan və Azərbaycan: Davamlı sülh yaxınlaşırmı?” başlıqlı yazı dərc olunub.

Avropa Parlamentinin rəsmi saytında Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən “Ermənistan və Azərbaycan: Davamlı sülh yaxınlaşırmı?” başlıqlı məqalə dərc edib. Məqalədə iki mühüm məqam saxtalaşdırılıb. Birincisi qeyd olunur ki, 1990-2020-ci illərdə davam edən münaqişə ərzində hər iki tərəfdən bir milyondan çox insan köçkün düşüb. 30 ilə ərzində Azərbaycanın 1,2 milyon vətəndaşı köçkün düşüb. Əksinə bir erməni belə öz evini məcburi tərk etməyib. Tam əksinə Ermənistandan olan minlərlə ailə qeyri-qanuni Azərbaycan torpaqlarında məskunlaşdırılıb. İkincisi vurğulanır ki, Azərbaycan öz torpaqlarını azad edəndən və qondarma respublikanın ləğvindən sonra 100 min erməni köçkün düşüb. Əvvəla rəqəm ən azı 2-3 dəfə şişirdilib, ikincisi onların çoxu yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşan Ermənistan vətəndaşlarıdır. Yerdə qalan azlıq isə Azərbaycan qanunları ilə yaşamaq istəməyib və mənfur erməni lobbisinin siyasətinə uyaraq evlərini könüllü tərk edib. Bu dəqiqənin özündə Azərbaycanın vətəndaşlığını qəbul edib Dağlıq Qarabağda yaşayan yüzlərlə erməni var.

Bakupost.az “Ermənistan və Azərbaycan: Davamlı sülh yaxınlaşırmı?” başlıqlı məqalənin Azərbaycan dilinə tərcüməsini dərc edir.

“Ermənistan və Azərbaycan son 30 ildən çox müddətdə heç vaxt sülhə bu qədər davamlı yaxın olmayıb. Lakin sülhə aparan, enişli-yoxuşlu yol hələ də daxili və xarici amillərin təsirinə qarşı kövrək görünür.

2025-ci il avqustun 8-də, Vaşinqtonda hər iki ölkənin liderləri birgə bəyannamə imzalayaraq sülhə nail olmağa sadiq olduqlarını bildirdilər və 17 maddədən ibarət sülh sazişinin ilkin variantını parafladılar. Bu sənəd aylarla davam edən, qapalı və yalnız iki ölkə arasında aparılan danışıqların nəticəsi idi.

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ üzərində münaqişəyə Soyuq müharibənin sonundan bəri, postsovet məkanının ən uzunmüddətli münaqişəsi kimi cəlb olunublar. 1990-cı illərdə və 2020-ci ildə baş vermiş iki qanlı müharibə, üç onillik ərzində “dondurulmuş münaqişə” dövrləri ilə növbələşib. Bu müddət ərzində 30 mindən çox insan həlak olub, hər iki tərəfdən bir milyondan çox insan köçkün düşüb, və cəmiyyətlərin dərin qatlarında kök salmış qarşılıqlı incikliklər, iddialar formalaşıb.

ATƏT-in Minsk qrupu çərçivəsində başlanan və sonradan Rusiya, Avropa Birliyi və ABŞ xətti ilə paralel şəkildə davam edən beynəlxalq vasitəçilik səyləri 2023-cü ilin sentyabrında qəfil dayandı. Həmin vaxt Azərbaycan Dağlıq Qarabağda ildırımsürətli hərbi əməliyyat keçirərək bir neçə gün ərzində özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun ləğv edilməsinə və təxminən 100 min etnik erməninin məcburi köçkün düşməsinə səbəb oldu.

Bu hadisələr Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğalı fonunda baş verdi. Müharibə regionda qüvvələr balansını dəyişdi, Rusiyanın “təhlükəsizlik təminatçısı” və “sülhməramlı vasitəçi” kimi rolunu etibarsızlaşdırdı. Nəticədə üçüncü müharibə ehtimalı ilə bağlı qorxular artdı.

Bütün gözləntilərə rəğmən, aylarla aparılan yalnız ikitərəfli danışıqlardan sonra, 2025-ci ilin martında tərəflər sülh sazişinin layihəsi üzərində razılığa gəldiklərini elan etdilər. Bu sənəd gələcəkdə dinc və qarşılıqlı münasibətlərin əsaslarını müəyyənləşdirsə də, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası kimi mübahisəli məsələləri kənarda saxladı.

Lakin bu elan Azərbaycanın ön şərti ilə müşayiət olundu: sazişin yekun imzalanmasından əvvəl Ermənistan Konstitusiyasının preambulasından, Azərbaycanın ərazi iddiası kimi qəbul etdiyi bir istinad çıxarılmalı idi. Ermənistan üçün bu, çətin və demək olar ki, mümkünsüz bir addım idi, çünki konstitusiya dəyişikliyi xalq referendumu ilə təsdiqlənməlidir. Bu səbəbdən sülh prosesi qeyri-müəyyən müddətə dayanmış kimi göründü.

Lakin avqustun 8-də Vaşinqton Sammiti prosesi yenidən canlandıran mühüm dönüş nöqtəsi oldu. Bununla belə, Azərbaycan hələ də Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sülh sazişinin imzalanması üçün zəruri şərt kimi saxlamaqda davam edir”.

Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
www.bakupost.az

2Mənbələr