AZ

Monteneqroda onlarla türk və azərbaycanlı saxlanıldı - VİDEO

Monteneqroda etiraz aksiyalarında onlarla türk və azərbaycanlı saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, etirazlara səbəb Podqoritsada yerli sakinin bir qrup əcnəbi vətəndaşla qarşıdurmadan sonra bıçaqlanması olub.

Hücumda şübhəli bilinən Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşı saxlanılıb. Hadisədən sonra şəhərdə Türkiyə əleyhinə etirazlar başlayıb. Yerli sakinlərdən ibarət qruplar küçələrə çıxaraq şəhərdə türk nömrəli avtomobilləri sındırıb və əcnəbilərə hücum ediblər. Hadisələrin birində bir neçə Türkiyə vətəndaşı hücumdan qaçmaq üçün qumarxanaya sığınmaq məcburiyyətində qalıb.

Polis daha sonra Monteneqroda qanunsuz olmaqda şübhəli bilinən 45 Türkiyə və Azərbaycan vətəndaşını saxlayıb. Monteneqronun baş naziri Milojko Spajic hökumətin Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Gülayə Mecid

Seçilən
60
unikal.az

1Mənbələr