AZ

“Orta Koridor” və Trans-Xəzər nəqliyyat marşrutları gələcək perspektivdən xəbər verir

Azərbaycan – Qazaxıstan münasibətləri region üçün mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlərin fonunda iki ölkəninin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində əlaqələrə sahib olması, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-loqistika sahəsində qarşılıqlı razılaşma və enerji təhlükəsizliyi baxımından vacib amillərin üzərində dayanır. Azərbaycan Qazaxıstan münasibətləri regionla yanaşı Asiya məkanının inkişafı üçün önəmlidir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 Oktyabr 2025-ci il tarixində Qazaxıstana rəsmi səfəri, səfər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılaşmalar əlaqələrin daha da dərinləşəcəyinə işarədir.   Dünyada gedən mürəkkəb geosiyasi proseslərin fonunda “Orta Koridor” və Trans-Xəzər nəqliyyat marşrutları gələcək perspektivdən xəbər verir. Bu şəbəkə Avropa–Asiya arasında ticarət axınlarını artırmaq üçün mühüm amildir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında bildirilir ki, bu münasibətlər həmişə qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanıb. Qazaxıstan, Azərbaycanın ən ağır dövrlərində belə, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. İşğal dövründə Qazaxıstan beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülhün bərqərar olmasına çağırış edib.
Prezident İlham Əliyev çıxışında, həmçinin, iki ölkə arasında dostluğun və qardaşlığın bu gün də yeni məzmunla zənginləşdiyini vurğuladı. Dövlətlərarası münasibətlərin möhkəm təməli üzərində qurulmuş bu əməkdaşlıq sayəsində son üç ildə ondan çox qarşılıqlı səfərin həyata keçirilməsi, qarşılıqlı fəaliyyətin intensivliyini bir daha göstərir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışında qeyd edib ki, Azərbaycan dövlət başçısını Qazaxıstanda dövlət səfərində qəbul etmək onun üçün böyük şərəfdir. Bu, ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi baxımından çox mühüm hadisədir. "Mübaliğəsiz demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır. Ona görə də ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün əsas prioritetdir. Bundan başqa, sizin güclü rəhbərliyinizlə Azərbaycan öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb, regional güc kimi sizin tərəfinizdə çox mühüm rol oynayır”.
Ümumilikdə birgə səylərin dəyərləndirilməsi onu deməyə əsas verir ki,  regionda sabitlik, inkişaf və inteqrasiyaya köklənən iki ölkə münasibətləri ortaq tarix, mənəvi dəyərlər və qardaşlıq bağları ilə daha da inkişaf edəcək. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
16
4
sabahinfo.az

5Mənbələr