AZ

İKZF Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit hesabatının əldə edilməsinə 50 min xərcləyəcək

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit hesabatının əldə edilməsinə görə 50 000 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidmət “Azərbaycan Kredit Bürosu” MMC tərəfindən həyata keçiriləcək.

 

İKZF və Büro arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 28 Oktyabr 2025, 09:51   
Seçilən
21
pravda.az

1Mənbələr