Bərdənin Mehdili kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, – bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hadisə ilə bağlı məlumat FHN-in “112” qaynar xəttinə daxil olub. Çağırış üzrə Qarabağ Regional Mərkəzinin xilasedici qüvvələri əraziyə cəlb edilib.
Əməliyyat zamanı müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobili toqquşub, nəticədə iki nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.