AZ

"Real"ın ulduzu elan etdi -

"Real Madrid"in futbolçusu Vinisius Junior klubu tərk etmək istədiyini ifadə edib. Metbuat.az xəbər verir ki, o, “Real”ın "Barselona"ya 2-1 hesabı ilə qalib gəldiyi oyunda meydandan çıxarkən komandadan ayrılmaq istədiyini açıqlayıb. Məlumata görə, matçın 72-ci dəqiqəsində əvəzlənən futbolçu buna etiraz edib. O, soyunub-geyinmə otağına gedərkən qəzəbli halda, “Komandadan gedirəm. Getməyim daha yaxşıdır”, - deyə bildirib.

Qeyd edək ki, "Real Madrid" Vinisius Juniorla məvacib məsələsi ilə bağlı yeni müqavilə barədə razılığa gələ bilməyib. Futbolçunun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Seçilən
30
1
metbuat.az

2Mənbələr