Türkiyədə, müasir Dənizli şəhəri yaxınlığında, arxeoloqlar 2700 ildən çox yaşı olan, uçurumun kənarında gizli bir məbəd aşkar ediblər.
AzPost bildirir ki, bu barədə “Live Science” elmi jurnalı məlumat verib.
“Müqəddəs məkanda Frigiya qayasından düzəldilmiş abidə, müqəddəs mağara və iki tikili arasında daş bütlər var”, – deyə Pamukkale Universitetinin arxeologiya professoru Yılmaz Kolandcı nəşrə bildirib.
Onun sözlərinə görə, ərazidə həmçinin qədim ayinlər üçün istifadə edilən çoxsaylı içki qabları və drenaj kanalları da var.
Məbəd ehtimal ki, ana ilahəsi və ya məhsuldarlıq ilahəsi Mataranın (Matar, Kibele) şərəfinə tikilib.
Kolandcı vurğulayıb ki, hələlik daha çox təfərrüatları açıqlaya bilmir. Geniş tədqiqat və təhlillər hələ də gözlənilir.