AZ

"Gürcü Arzusu": Konstitusiya iddiası hazırdır, detallar sabah açıqlanacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Parlamentdəki əksəriyyətin lideri İrakli Kirtsxaliya bəyan edib ki, Konstitusiya iddiası üzərində işlər başa çatıb.
"Gürcü Arzusu" partiyasının ofisində keçirdiyi brifinqdə Kirtsxaliya bugünkü əksəriyyət iclasının geniş tərkibdə keçdiyini və iclasda parlament sədri Şalva Papuaşvilinin sabah brifinq keçirərək iddianın detallarını açıqlayacağı barədə qərar qəbul edildiyini bildirib.

"Bugünkü əksəriyyət iclası geniş tərkibdə keçdi. Yalnız bizim siyasi komandamız deyil, "Avropa Sosialistləri" və "Xalq Gücü" də iştirak edirdi. Müzakirə mövzusu Konstitusiya iddiası idi. Deyə bilərəm ki, konstitusiya iddiası üzərində işlər tamamlanıb. İddia hazırdır", - deyə Kirtsxaliya qeyd edib.

Kirtsxaliya əlavə edib ki, qəbul edilən qərara əsasən, bu gün partiya ofisindən heç bir əlavə şərh və ya detal verilməyəcək.
"Biz razılaşdıq ki, parlament sədri Şalva Papuaşvili sabah günün birinci yarısında brifinq keçirəcək və razılaşdırılmış, tamamlanmış iddia barədə ətraflı məlumat verəcək. Mən bu gün bu məsələ barədə danışmaqdan çəkinirəm, çünki müzakirədə təkcə "Gürcü Arzusu" iştirak etməyib və biz qərara gəldik ki, brifinqi parlament sədri keçirsin", - deyə o, sözlərini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr