AZ

Qırmızı kələmin hansı faydalarıvar?

Dietoloq Franklin Cozefin fikrincə, qırmızı kələm sağlam qidalanma üçün ən az qiymətləndirilən və diqqətdən kənarda qalan məhsullardan biridir.

Redaktor.az xəbər verir ki, onun bu barədə fikirlərini "Daily Mirror" nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, qırmızı kələmin tərkibində brokkolidə olan maddələrə bənzər birləşmələr var və bu maddələr güclü xərçəngəleyhinə təsirə malikdir. Bundan əlavə, qırmızı kələm liflə zəngindir, bağırsaqlar və immun sistem üçün faydalıdır, xolesterin səviyyəsini tənzimləməyə kömək edir və demək olar ki, kalori daşımır.

Cozef əlavə edib ki, bu tərəvəz qaraciyərin sağlamlığı üçün də çox faydalıdır. Onun sözlərinə görə, qırmızı kələmin müntəzəm qəbulu qaraciyərin detoksikasiya və maddələr mübadiləsi funksiyalarını dəstəkləyir.

Aytəkin TOFİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr