AZ

Bu regional idarəyə qadın rəhbərlik edəcək – FOTO

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsində kadr dəyişikliyi edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, idarədə rəis vəzifəsinin icrası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, idarənin İnzibati-təşkilati iş sektorunun müdiri Ülkər Mahmudovaya həvalə edilib.

Qeyd edək ki, Ülkər Mahmudova uzun illərdir mədəniyyət sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, 2-ci dərəcəli dövlət qulluqçusudur.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
20
2
bizim.media

3Mənbələr