Türkiyə yenə silkələndi - 22 nəfər xəsarət alıb, 3 bina uçub - YENİLƏNİB
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb. Bu barədə məlumat Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının saytında öz əksini tapıb. Belə ki, 27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub. Məlumata görə zəlzələ nəticəsində 22 insan xəsarət alıb, üç bina uçub. Mətləb