Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün çıxış yolları tapmaqda onu dəstəkləyir və dəstəkləməyə davam edəcək.
Bizimyol.info xəbər verir ki, Rusiyanın İrandakı səfiri Aleksey Dedov bunu ölkə mətbuatına verdiyi müsahibədə bildirib.
"Rusiya və İran Qərb ölkələrinin günahı üzündən yaranan İranın nüvə proqramı ilə bağlı vəziyyəti həll etmək üçün daim əlaqə saxlayırlar. Biz mövcud böhrana uzunmüddətli siyasi və diplomatik həll yolu tapmaqda Tehrana hərtərəfli dəstək veririk və verməyə davam edəcəyik", - deyə o vurğulayıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.