AZ

Konstitusiya Məhkəməsi cinayət işlərinin ayrı-ayrı icraata verilməsi ilə bağlı qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.

Doğru.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi ilə Cinayət-Prosessual Məcəllənin 211.2-ci və 218.3-cü maddələrinin əlaqəli şərh olunması məsələsinə baxılıb.

Plenum iş üzrə hakim H. Əfəndiyevanın məruzəsini, Prokurorluğun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə və digər qurumların ekspert rəylərini araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, Cinayət-Prosessual Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində göstərilən hallar üzrə cinayət işi ayrıca icraata ayrıldıqda, istintaq müddəti ilkin cinayət işinin başlanğıc tarixindən hesablanır. 211.2.1-ci maddə ilə ayrılmış cinayət işləri üzrə isə istintaq müddəti yeni cinayət işi başlanılan gündən hesablanacaq.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

DOĞRU.AZ

Seçilən
33
dogru.az

1Mənbələr