
Məşhur müğənni Britni Spirs avtomobilini sərxoş halda idarə edərkən yayımlanan videonu şərh edib.
Reyting.az Qərbin elektron mediasına istinadla xəbər verir ki, Britni Spirs Kaliforniyada təhlükəli avtomobil sürdüyünün əks olunduğu videorolik internetdə yayıldıqdan sonra özünü müdafiə etməyə çalışır.
Məşhur müğənni sosial şəbəkədə yazıb: “Əgər kimsə yaxından maraqlanırsa, bilsin ki, bu, mən deyiləm, dublyorumdur”.
Növbəti paylaşımında isə müğənni haqqında yayılan söz-söhbətlərdən bezdiyini və alçaldıldığını etiraf edib:
“Mən özümə qarşı heç bir sayğı hiss etmirəm. Bu, inanılmaz dərəcədə dəhşətlidir”.
V. QULİYEV