AZ

Bavariya kosovalını Harri Keynin əvəzləyicisi kimi görür

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bavariya" "Hoffenhaym"ın və Kosovo millisinin 23 yaşlı hücumçusu Fisnik Asllani ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, Münhen klubu kosovalını Harri Keynin əvəzedicisi kimi görür. Almaniya çempionu Asllanini diqqət mərkəzində saxlayır. Klub rəhbərliyi hücumçunun inkişaf səviyyəsindən məmnundur.

Qeyd edək ki, Asllaninin gələn yay "Hoffenhaym"dan ayrılacağı gözlənilir. "Barselona" və bir neçə aparıcı klub da Fisnikin xidmətində maraqlıdır. Forvard cari mövsümdə 9 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
sport24.az

1Mənbələr