AZ

Viktor Orban: “Macarıstan Rusiyanın neft və qazına çıxış üçün sona qədər mübarizə aparacaq”

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Macarıstan Rusiyadan neft və qaz almaq imkanı üçün sona qədər mübarizə aparmalıdır, çünki bu resursların alternativi yoxdur.

Doğru.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban M1 telekanalına müsahibəsində bildirib.

“Rusiya neft və qazına çıxış üçün sona qədər mübarizə aparmalıyıq. İlk növbədə ona görə ki, biz onları başqa mənbələrlə əvəz edə bilmərik, nəticədə qıtlıq yaranacaq”, – deyə Orban vurğulayıb.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Macarıstan hakimiyyətinin Rusiyadan neft və qaz idxalından imtina etmək üçün heç bir addım atmadığını bəyan etmişdi.

Orban əlavə edib ki, Budapeşt hazırda Avropa İttifaqının Rusiya neftinin idxalına qoyduğu qadağadan yan keçməyin yollarını axtarır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
dogru.az

2Mənbələr