AZ

Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərinə girdi - şəhərdə qızğın döyüşlər gedir...


Rusiya qoşunları aylarla davam edən hücumlardan sonra Ukraynanın şərqindəki şiddətli mübarizənin getdiyi Pokrovsk şəhərinə daxil olub. Bu haqda Ukrayna mediası bu haqda məlumat yayıb.

Ukrayna ordusuna istinadən bildirlir ki, qüvvə və resursların üstünlüyü sayəsində şəhərin müxtəlif hissəsinə sızmağı bacaran rus ordusu ilə küçə döyüşləri davam edir. Ukrayna şəhərin müdafiəsi üçün bölgəyə əlavə qüvvə və texnika göndərib.

Ukrayna prezidenti Zelenski də şəhərdə küçə döyüşlərinin getdiyini təsdiqləyib.

Hərbi məlumatlara əsasən, şəhərə daxil olan rus hərbçilər mövqelərini möhkəmləndirməyə çalışmırlar, əksinə şimala doğru irəliləməyi planlaşdırırlar. Hesab edilir ki, ruslar bununla Ukrayna Müdafiə Qüvvələrini parçalamağı və şəhərdə quru logistika dəhlizlərini bloklamağı planlaşdırırlar.

Bildirilir ki, Rusiya ordusu dronların uçuşu üçün əlverişli olmayan hava şəraitindən istifadə edərək hücumlarını davam etdirir. Rusların budəfəki hücumda daha çox tanklardan istifadə etdiyi bildirilir.

Rusiya mediası isə yazır ki, rus hərbçiləri şəhərin böyük bir hissəsində nəzarətə ələ keçiriblər.

TAHİR

Seçilən
33
baki-xeber.com

1Mənbələr