AZ

Putin ABŞ la müqaviləni denonsasiya edib

ain.az, Ayna saytına istinadən bildirir.

Rusiya Prezidenti silah dərəcəli plutoniumun utilizasiyası haqqında müqaviləni denonsasiya edib

Rusiya Prezidenti Vladimir Putin silah dərəcəli plutoniumun utilizasiyası və onun protokolları haqqında ABŞ ilə hökumətlərarası müqaviləni denonsasiya edən qanun imzalayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, müqavilədə ABŞ və Rusiyanın hərbi məqsədlər üçün lazımsız hesab edilən 34 ton nüvə raket materialını məhv edəcəyi nəzərdə tutulur. Dövlət Duması denonsasiya qanun layihəsini oktyabrın əvvəlində qəbul edib.

Rusiya və ABŞ arasında müqavilə 2000-ci ilin avqustunda imzalanıb və Vladimir Putinin prezident vəzifəsinə başlamasından sonra qəbul edilən ilk beynəlxalq müqavilələrdən biri olub. Rusiya müqaviləni 2011-ci ildə ratifikasiya edib. Sənəddə göstərilən plutoniumun nüvə elektrik stansiyaları üçün yanacaq komponenti kimi istifadə edilərək təkrar emalına 2018-ci ildə başlamaq planlaşdırılırdı. Lakin Moskva 2016-cı ildə ABŞ-ı müqavilə üzrə öhdəliklərini pozmaqda ittiham edərək müqaviləni dayandırdı.

Putinin müvafiq fərmanında qərarın "ABŞ-ın Rusiya Federasiyasına qarşı “qeyri-dost hərəkətləri nəticəsində strateji sabitliyə təhdidin yaranması" ilə bağlı olduğu bildirilirdi. Kreml həmçinin 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya tətbiq edilən sanksiyaların ləğvini və bu məhdudiyyətlər səbəbindən dəyən zərərlərin ödənilməsini tələb edib.

Oktyabrın 8-də Dövlət Duması müqaviləni ləğv edən qanun qəbul edib və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qərarı şərh edərək bildirib ki, ABŞ ilə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə davam etmək Rusiya üçün "artıq məqbul deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
ayna.az

1Mənbələr