AZ

Yaponiyada “insan yeyən ayı” təhlükəsi: Qubernator hərbi kömək istədi

ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Yaponiyanın Akita prefekturasının qubernatoru Kenta Suzuki sosial media vasitəsilə ölkənin Özünümüdafiə Qüvvələrindən insan yeyən ayıların istilasına qarşı mübarizədə kömək istəyib.

Doğru.az xəbər verir ki, Suzuki vəziyyətin artıq prefekturaların və bələdiyyələrin təkbaşına öhdəsindən gələ bilməyəcəyi həddə çatdığını bildirib:

“Vəziyyət prefekturaların və bələdiyyələrin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədərdir… Ona görə də biz Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq qərarına gəldik”, – deyə o vurğulayıb.

Qubernatorun sözlərinə görə, məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün o, oktyabrın 28-də Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyanın Yamaqata hava limanında binaya ayı daxil olub və bu səbəbdən uçuş-enmə zolağının fəaliyyəti dayandırılıb. Hadisə nəticəsində on reys ləğv edilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
dogru.az

2Mənbələr