AZ

Qarabağın daha iki kəndinə köç karvanı gedir

Reyting.az saytına istinadən ain.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Reyting.az xəbər verir ki, bu mərhələdə növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə yola gedib.Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə (71 nəfər), Sos kəndinə isə 10 ailə (42 nəfər) köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
49
reyting.az

10Mənbələr