Xəbər verdiyimiz kimi, Böyük Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Britaniya liderini rəsmi mərasimlə qarşılayıb.
Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olub.
Danışıqların yekununda Türkiyə və Böyük Britaniya arasında 8 milyard funt sterlinq dəyərində 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb.
Bu barədə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında məlumat verilib. O da bildirilib ki, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair razılaşmalar da əldə olunub.