BAKI, 28 oktyabr. TELEQRAF
İtaliyada yoxsulluq səviyyəsi son on ildə ən yüksək göstəriciyə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı ölkənin statistika xidməti yayıb.
Hesabatlara əsasən, Corca Meloni hökuməti dövründə ölkədə mütləq yoxsulluq göstəricisi artıb. Hazırda əhalinin 9,8%-i əsas malları və xidmətləri mövcud qiymətlərlə əldə edə bilmir. Bu, 2014-cü ildən bəri ən yüksək göstərici hesab olunur.
Eyni zamanda, nisbi yoxsulluq səviyyəsi də son üç ildə yüksələrək əhəlinin 14,9%-nə çatıb ki, bu da 2017-ci ildən bəri maksimum göstəricidir.
Məlumata görə, ölkədə əməkhaqlar da azalır. Son üç ildə real gəlirlər 4,3% azalıb.