ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçrəli motosiklet yarışçısı Noa Dettvier Malayziya Moto3 Qran-prisində baş verən qəzadan sonra çoxsaylı ürək dayanması keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Blick" məlumat yayıb.
O, Xose Antonio Rueda ilə toqquşub və hər iki sürücü helikopterlə Kuala Lumpurdakı xəstəxanaya aparılıb.
20 yaşlı İsveçrəli idmançı ağciyər və dalaq zədəsi, açıq ayaq sınığı səbəbindən çoxsaylı əməliyyatlara məruz qalıb. Ruedoya bilək sınığı və ağır beyin silkələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, 20 yaşlı Dettviler "CIP Green Power" komandasında yarışır. İsveçrəli idmançı 38 Moto3 yarışında iştirak edib və hazırda reytinqdə 32-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        