Bakı. Trend:
Balıkesir Valiliyi bölgədə baş verən zəlzələ səbəbindən bu günəyalətdəki məktəblərin bağlı olacağını, əlil və hamilə dövlətişçilərinin bir günlük inzibati məzuniyyətə göndəriləcəyiniaçıqlayıb.
Trend xəbər verir ki,Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə,zəlzələdən sonra heç bir insan ölümü qeydə alınmayıb. Lakinistifadə olunmayan 3 bina və 1 mağaza dağılıb.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:48-də Balıkesirvilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
