AZ

KİV: Vyetnam Rusiyadan gizli silah alıb

BAKI, 28 oktyabr. TELEQRAF

Vyetnamın Rusiyadan gizli şəkildə böyük miqdarda silah aldığı iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Məqalədə bildirilir ki, prezident Co Bayden dövründə Vaşinqtonla Hanoi arasında əlaqələr maksimum səviyyəyə çatmışdı. Lakin Rusiya Vyetnamla hərbi-sənaye sahəsində münasibətləri gücləndirməyə davam edib.

Qeyd olunur ki, Keçən il Hanoiylə Moskva arasında yeni silah tədarükləri üzrə danışıqlar başlayıb və Donald Trampın hakimiyyətə gəlməsi ilə proses sürətlənib.

NYT xəbər verir ki, yayda Vyetnamda Rusiya ilə gizli müqavilələrin imzalanması barədə söz-söhbətlər yayılıb. Anonim rəsmi mənbədən təsdiqlənib ki, 40 yeni rus qırıcı təyyarəsi üçün müqavilənin dəyəri 8 milyard ABŞ dollarıdır. Hanoiyin planına Su-35 təyyarələri, radioelektron mübarizə sistemləri ilə təchiz edilmiş təyyarələr daxildir.

Vurğulanır ki, Vyetnam hökuməti rəsmi olaraq Rusiyadan silah alınmasını elan etməyib.

Seçilən
119
teleqraf.com

1Mənbələr