ABŞ "Melissa" qasırğasına görə Quantanamo körfəzindəki hərbi bazasından min nəfəri təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.
Bildirilib ki, Kubanın cənub-şərqindəki bazaya C-17 yük təyyarəsi göndərilib, dörd çarter reysi həyata keçirilib.
Təxliyə edilənlər Floridadakı ABŞ bazasında yerləşdirilib. Onlar orada təxminən iki həftə qala biləcəklər.
Qeyd edək ki, "Melissa" qasırğasının 4-cü kateqoriyaya qədər gücləndiyi bildirilir.