Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin Adana şəhərində xəstəxananın dayanacağından motosiklet oğurlayan şəxs özünü müdafiə etmək üçün maraqlı açıqlama verib.
Oxu.Az bu barədə "SABAH" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, gənc bir müddət təcili yardım şöbəsinin qarşısında gözləyib və daha sonra dayanacağa doğru gedib. Şübhəli buradakı mühafizəçilərin yanında dayanacaqdan motosiklet oğurlayıb. Motosikletin oğurlandığını görən mühafizəçi polisə məlumat verib.
Polis gənci motosikletlə xəstəxanadan çıxmağa imkan tapmamış saxlayıb və nəzarət altına alıb.
"Baş barmağımda ağrı olduğu üçün xəstəxanaya getdim. Maşınım olmadığına görə evə qayıtmaq üçün motosikleti götürdüm. Onu geri qaytaracaqdım", - deyə o bildirib.
Polis bölməsindəki prosedurlardan sonra şübhəli göndərildiyi məhkəmə tərəfindən həbs edilib. Motosiklet sahibinə qaytarılıb.
Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.
Türkiyədə motosiklet oğurlayan gəncdən maraqlı özünümüdafiə: "Ayaq barmağım ağrıdığı üçün etdim"








Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.