BAKI, 28 oktyabr. TELEQRAF
Hindistan təxminən beş illik fasilədən sonra Çinlə birbaşa aviareysləri bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan rəsmiləri məlumat verib.
İlk birbaşa uçuş "IndiGo" aviaşirkəti tərəfindən həyata keçirilib. 176 sərnişin daşıyan təyyarə Kalkuttadakı "Netaji Subhas Chandra Bose" beynəlxalq hava limanından havaya qalxaraq Çinin cənubundakı Quanqcou şəhərinə enib.
"IndiGo" şirkətinin baş direktoru Piter Elbers bildirib ki, birbaşa uçuşların bərpası iki ölkə arasında səyahətlərin asanlaşmasına, ticarət dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Hindistan və materik Çin arasında birbaşa uçuşlar 2020-ci ilin əvvəlində pandemiya səbəbindən dayandırılmışdı.