AZ

Elitada iki klubun formasını geyindi, “100”ə çıxdı

Premyer Liqanın IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib.

Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.

Seçilən
56
sportinfo.az

1Mənbələr