AZ

Almaniyanın xarici işlər naziri Aİ və NATO rəhbərliyi ilə yüksəksəviyyəli görüşlər keçirib

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Brüsseldə Avropaİttifaqı və NATO rəhbərliyi ilə yüksəksəviyyəli görüşlərkeçirib.

Trend xəbər verir ki, bubarədə Almaniya Xarici İşlər Nazirliyi X platformasında məlumatyayıb.

Bildirilib ki, nazir Avropa Komissiyasının Prezidenti Ursula Fonder Lyayen, Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas,Aİ-nin ticarət komissarı Maroş Şefçoviç və NATO-nun Baş katibi MarkRütte ilə danışıqlar aparıb.

Görüşlərdə xarici siyasət, təhlükəsizlik və ticarət məsələləri,o cümlədən Ukraynaya davamlı dəstək, Avropanın müdafiəqabiliyyətinin möhkəmləndirilməsi və qlobal ticarətdə sabitliyintəmin olunması məsələləri müzakirə edilib.

Paylaşımda qeyd olunub ki, Almaniya və Avropa ədalətli qlobalticarətə ümid edir və nadir torpaq elementləri, kompüter çipləriüzrə təchizat təhlükəsizliyini gücləndirmək istəyir. “Avropaİttifaqı və NATO Avropada sülh, azadlıq, təhlükəsizlik və rifahnaminə sıx əməkdaşlıq edir”, - deyə məlumatda vurğulanıb.

Tərəflər, həmçinin Ukraynaya və hər iki qurumun tərəfdaşölkələrinə dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər:“Ukrayna Avropanın azadlığını müdafiə edir və Almaniyaya güvənəbilər. Biz Aİ və NATO-dakı tərəfdaşlarımızın yanında qətiyyətlədayanırıq”.

Almaniyalı nazir Brüsseldə səfərdə olan Hindistanın ticarət vəsənaye naziri Piyuş Qoyal ilə də görüşüb. Nazir Hindistanıninnovasiya və iqtisadi inkişaf sahəsində əsas tərəfdaş olduğunuvurğulayıb və Aİ-Hindistan azad ticarət sazişinin tezlikləimzalanmasına maraq ifadə edib.

Seçilən
92
2
az.trend.az

3Mənbələr