AZ

“Melissa” qasırğası: Qvantanamo bazasından 1 min nəfər təxliyə edildi

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin 1 min əməkdaşı, onların ailə üzvləri və podratçılar Kubada yerləşən Qvantanamo hərbi-dəniz bazasından təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, təxliyə edilən şəxslər müvəqqəti olaraq Floridada yerləşən Pensacola hərbi-dəniz bazasında yerləşdirilib və orada iki həftə qalacaqlar.

Atlantik okeanında formalaşan “Melissa” qasırğası Safir-Simpson şkalası üzrə ən yüksək beşinci kateqoriyaya çatıb. ABŞ Qasırğaları İzləmə Mərkəzinin məlumatına görə, qasırğa qərb istiqamətində saatda 6 km sürətlə hərəkət edir, küləyin maksimal sürəti isə 72,2 m/s-ə çatır.

Seçilən
67
teleqraf.com

1Mənbələr