Oktyabrın 27-i Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin (AFAD) yaydığı açıqlamaya əsasən, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonu olub. Zəlzələ ocağı yerin 5,99 kilometr dərinliyində olub.
Yerli vaxtla saat 22:48-də meydana gələn zəlzələ başda İstanbul olmaqla, Bursa və Çanaqqala kimi bir çox şəhərdə də hiss edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ ilə əlaqədar başda Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) olmaqla ölkənin bütün aidiyyəti qurumlarının səfərbər edildiyini və əraziyə baxış işlərinə başlanıldığını bildirib.
Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. İlkin məlumatlara görə, bəzi bölgələrə dağıntılar qeydə alınıb. Sındırgı bələdiyyəsinin sədri Serkan Sak, dağıdıcı zəlzələdən sonra dörd və ya beş binanın dağıldığını açıqlayıb. S.Sak, bəzi məhəllələrə hələ də baxa bilmədiklərinin qeyd edərək, ilkin məlumatlarda itkilərin olmadığını vurğulayıb. Balıkesir Yanğından Mühafizə İdarəsinin açıqladığı ilkin məlumatlara görə, yaşayışın olmadığı üç bina uçub.
TAHİR
 
                        