AZ

Mbappenin “El-Klasiko” statistikası göz qamaşdırır -Bunu daha iki superulduz bacarıb

“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe daha bir tarixi nailiyyətə imza atıb.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu XXI əsrdə ardıcıl 4 “El-Klasiko”da qol vuran üçüncü oyunçu olub.

Ondan əvvəl bu uğura yalnız Kriştianu Ronaldu və Ronaldinyo nail olmuşdu.

Mbappe bununla yanaşı, “Barselona”ya karyerasının 12-ci qolunu vurub. Son qarşılaşmada da fərqlənən ulduz futbolçu oyunun ən yaxşısı seçilib.

Bu mövsüm ərzində Mbappe artıq 8-ci dəfə bu ada layiq görülüb. Ümumilikdə isə fransalı hücumçu son 4 “El-Klasiko”da 6 qol vurmağı bacarıb.

Kamil Xudiyev

Seçilən
27
fanat.az

1Mənbələr