AZ

Türkiyədə zəlzələ səfərbərliyi

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəlzələ ilə bağlı bütün aidiyyəti qurumlar səfərbər edilib

Türkiyədə baş verən zəlzələ başda İstanbul və Çanaqqala olmaqla Tekirdağ, Bursa, İzmir, Manisa kimi bir çox vilayətdə hiss edilib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ ilə əlaqədar başda Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) olmaqla ölkənin bütün aidiyyəti qurumlarının səfərbər edildiyini və əraziyə baxış işlərinə başlanıldığını bildirib.

Qeyd edək ki, AFAD-dan verilən açıqlamaya əsasən, Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən 6.1 bal gücündə zəlzələnin ocağı yerin 5,99 kilometr dərinliyindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
ayna.az

2Mənbələr