ain.az bildirir, Ayna saytına əsaslanaraq.
XİN: “Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb”
“Türkiyə tərəfi Podqoritsa hadisələrindən sonra Monteneqro hakimiyyəti ilə əlaqə qurub və Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb”. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.
Nazirliyin açıqlamasına deyilir: "Ötən həftə sonu Monteneqroda bir neçə xoşagəlməz hadisə baş verib ki, bu da vətəndaşlarımıza təsir edib".
Qeyd edilib ki, hadisələrdən sonra Monteneqro hakimiyyəti ilə dərhal əlaqə qurulub və Türkiyə vətəndaşlarının təhlükəsizliyi və rifahının təmin edilməsi üçün lazımi tədbirlər görülüb.
XİN bəyan edib ki, “bütün aspektlərdəki inkişafları yaxından izləyir, Monteneqro hakimiyyəti ilə sıx əlaqə saxlayır və koordinasiya edir”.
XİN-dəki mənbələrə görə, nazir Hakan Fidan Monteneqro Baş naziri Miloiko Spajiç və Baş nazirin birinci müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə telefon danışıqları aparıb. Söhbətlər zamanı Fidan Türkiyə vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Monteneqro tərəfi də öz növbəsində müvafiq zəmanətlər verib.
Daha əvvəl Monteneqro mediası Podqoritsada yivli silahla hücumla əlaqəli Türkiyə vətəndaşları ilə bağlı iddia edilən hadisə barədə məlumat vermişdi.
Bundan sonra Baş nazir Miloiko Spajiç sosial media hesabında Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq dayandırılması barədə paylaşım edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.