AZ

Şuşanın itirilməsində ittiham olunan generalla bağlı qərar verildi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Həbsdə olan Qarabağda fəaliyyət göstərmiş Ermənistan ordusunun komandanı, general-leytenant Mikael Arzumanyan üç il həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili general Yerem Sarkisyan məlumat verib.

Hakim Vardqs Sarkisyan tərəfindən verilən qərara əsasən, Arzumanyanın həbs qətimkan tədbiri dəyişdirilib.

Qeyd edək ki, Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrınadək Qarabağda fəaliyyət göstərən qondarma separatçıların komandanı vəzifəsində çalışıb.

2021-ci ildə Ermənistanda həbs edilərək nəzarətə götürülüb. O, səhlənkarlıqda ittiham olunub. Ermənistan silahlı qüvvələrinin ona görə tarixi Azərbaycan şəhəri olan Şuşanın üzərində nəzarəti itirdiyi iddia olunur.

Tahir Turan

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
globalinfo.az

1Mənbələr