AZ

Orban: “Aİ Rusiya ilə danışıqlardan imtina etməklə böyük səhv edir”

Musavat.com xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiya ilə danışıqlardan imtina qərarını “böyük strateji səhv” adlandırıb.

M1 telekanalına müsahibəsində Orban bildirib ki, hər bir Avropa ölkəsinin enerji təchizat mənbələrini müstəqil şəkildə müəyyən etmək hüququ var.

O, bir daha vurğulayıb ki, Macarıstan Aİ-nin Rusiya nefti və qazından imtina planına qarşı çıxır. Baş nazirin sözlərinə görə, bu qərar Avropa ölkələrinin iqtisadiyyatını dağıda, ev təsərrüfatlarını isə müflis vəziyyətə sala bilər.

“Əgər bu siyasət davam edərsə, Avropa iqtisadiyyatı çökmə riski ilə üz-üzə qalacaq. Biz öz enerji təhlükəsizliyimizi qorumaq məcburiyyətindəyik,” – deyə Orban bildirib. 

 

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr