AZ

Macarıstanın baş naziri Ukraynanın Avropa İttifaqına dəvət olunmasından danışıb

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dəstək dalğası getdikcə azalır..

Poliqon xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban M1 televiziya kanalına müsahibəsində bildirib.

“Mən əminəm ki, Ukraynaya, Ukraynanın Avropa İttifaqına üzvlüyünə verilən bu nəhəng dəstək dalğası artıq zəifləyir və yox olacaq", o, deyib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Budapeşt ona veto qoyduğu üçün Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar hələ başlamamışdır.

Oktyabrın əvvəlində Orban Ukraynanın Aİ-yə üzvlüyünün qeyri-mümkün olduğunu bəyan edib. O qeyd edib ki, ədalətli razılaşma Kiyevə icma ilə strateji tərəfdaşlıq təklif etmək olardı.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr