Yazını böyüt
Yazını kiçilt
Bu gün Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.
Hafta.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
"Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Yussuf En-Nesiri (2) və Anderson Taliska vurublar.
Bu qələbə ilə xallarını 22-yə çatdıran "Fənərbağça" 3-cü pillədəki yerini qoruyub. "Qaziantep" isə 17 xalla altıncıdır. Turnir cədvəlinə 28 xalla "Qalatasaray" başçılıq edir.