Georgi Bovt: Raket 15 saat uçdu, bəs indi o haradadır və nüvə reaktoru ilə nə baş verdi?..
Poliqon xəbər verir ki, rusiyalı politoloq Georqio Bovt “Burevestnik” adlı nüvə reaktoru ilə təchiz edilmiş yeni raketin sınaqları barədə şərhində bir sıra açıq suallar qaldırıb. O, “Telegram” kanalında yazıb ki, raketin15 saatlıq uçuşunu uğurla başa vurduğunu bildirilsə də, onun son taleyi barədə ictimaiyyətə heç bir məlumat verilməyib.
Bovt qeyd edib ki, əsas sual raketin özü qədər onun nüvə reaktorunun taleyidir.
“Bu reaktor indi nə vəziyyətdədir? Uçuşdan sonra işləməyə davam edirmi, yoxsa zərbədən dağılıbmı? Əgər dağılıbsa, harada və hansı səviyyədə radiasiya fonu yaranıb? Niyə bu sualları heç kim vermir?”, deyə politoloq susl edir.
Ekspert həmçinin rişcəndlə qeyd edir ki, əgər “Burevestnik” uçuşdan sonra təhlükəsiz şəkildə buaxılfığı bazaya qayıda bilibsə, bu da texnoloji baxımdan mühüm nailiyyətdir. Lakin əgər raket eniş zamanı sıradan çıxıbsa, o zaman bu, nüvə təhlükəsizliyi baxımından Rusiya əraziləri üçün ciddi risk yaradır.
Qeyd edək ki, Rusiya tərəfi hələlik sınağın dəqiq marşrutu, uçuşun son nöqtəsi və reaktorun vəziyyəti barədə rəsmi açıqlama verməyib.
Poliqon.info