ABŞ prezidenti Donald Tramp Yaponiyaya gəlib. O əvvəlcə İmperator Naruhito, daha sonra isə Baş nazir Sanae Takaiçi ilə görüşəcək. Amerika prezidentinin təyyarəsi yerli vaxtla saat 17:00 radələrində Tokioya eniş edib.
Editor.az xəbər verir ki, bundan sonra Tramp gözləmə helikopterinə minib və . Yaponiya paytaxtının mərkəzindəki İmperator Sarayına gəlib.
Tramp və həyat yoldaşı Melaniya 2019-cu ildə də İmperator Naruhito ilə görüşüblər. İmperatorla görüşdən sonra Tramp Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə görüşəcək. ABŞ prezidenti Air Force One təyyarəsində jurnalistlərə bildirib ki, “Yeni Baş nazirlə görüşməyi səbirsizliklə gözləyirəm. Onun haqqında çoxlu fenomenal şeylər eşitmişəm.”
//Samir Qurbanov, Editor.az