AZ

KİV: Luvr muzeyini qarət etməkdə şübhəli bilinən şəxsin ikili vətəndaşlığı var

KİV: Luvr muzeyini qarət etməkdə şübhəli bilinən şəxsin ikili vətəndaşlığı var

Luvr muzeyini qarət etməkdə şübhəli bilinən şəxslərdən biri həm Fransa, həm də Əlcəzair vətəndaşıdır, ikinci şübhəlinin isə Mali əsilli Fransa pasportu var. Bu barədə “Le Parisien” qəzeti 27 oktyabrda məlumat yayıb.

Hər iki kişinin təxminən 30 yaşı var və Paris ətrafındakı Obervilye şəhərinin sakinləridir. Onlardan biri 26 oktyabrda Əlcəzairə uçmaq istəyərkən Rua-Şarl de Qoll hava limanında saxlanılıb. İkinci şübhəlinin isə Paris bölgəsində saxlanıldığı bildirilir. Polisin məlumatına görə, həmin kişi Maliyə qaçmaq niyyətində olub.

Media xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti əvvəllər Fransa ədliyyə sisteminə məlum olub, çünki onların genetik profilləri artıq milli məlumat bazasına daxil edilib.

Seçilən
24
afn.az

1Mənbələr