AZ

​“Instagram”da videolarla bağlı yenilik edildi

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

“Instagram”da Reels videoları ilə bağlı yenilik edilib.

Metbuat.az xəbər verir ki, “Instagram” istifadəçilərin buraxdıqları və ya sonradan yenidən izləmək istədikləri Reels videoların tapmasını asanlaşdıracaq yeni funksiya təqdim etdi. Məlumata görə, "İzləmə tarixçəsi" adlanan funksiya artıq istifadəyə verilib. “Instagram”ın baş direktoru Adam Mosseri istifadəçilərin izlədikləri Reels-lərə daxil ola biləcəklərini açıqlayıb. Mosseri istifadəçilərin izlənilən Reels videosunu tapmaqda çətinlik çəkdiyini və yeni funksiyanın bu problemi həll etdiyini qeyd edib.

Məlumata görə, izləmə tarixçəsinə daxil olmaq üçün istifadəçilər profil parametrlərinə daxil ola və "Fəaliyyətiniz" pəncərəsindən "İzləmə tarixçəsi"ni seçə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
metbuat.az

2Mənbələr