ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Ukraynanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Brüsselin koordinasiyalı addımları Rusiya iqtisadiyyatına ciddi təsir göstərib.
“Mən deyərdim ki, ən böyük nailiyyət sanksiyalar baxımından gördüyümüz işlərdir. Biz bütün böyük neft şirkətlərinə sanksiyalar tətbiq etdik, sonra Tramp iki böyük şirkətə qarşı addım atdı və Aİ də son sanksiyalarını bir neçə gün ərzində elan etdi. Bu, Putinə və Rusiya iqtisadiyyatına böyük zərbə oldu”, – Starmer vurğulayıb.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji sektorunda fəaliyyət göstərən ən iri neft şirkətlərinə qarşı yeni sanksiyalar paketi açıqlayıb.
Qurumun bəyanatında qeyd olunurdu ki, bu şirkətlər 14024 saylı İcra Sərəncamına əsasən məhdudiyyət siyahısına daxil edilib.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.